SON XƏBƏRLƏR
17 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Gürcüstan elektromobil istehsal edəcək
HADİSƏ 14:14 / 07.04.2019
Gürcüstanda elektrik enerjisi ilə çalışan avtomobillər istehsal olunacaq.

Georgia Online xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze bəyan edib.

O bildirib ki, elektromobillər Kutaisi şəhərində inşa olunacaq zavodda yığılacaq.

Baş nazir qeyd edib ki, artıq gələn ildən elektromobillərin satışına başlanılacaq.

Bildirilir ki, Kutaisidəki zavodu Çinin "Çanqan” şirkəti inşa edəcək. Zavodda istehsal olunacaq elektromobillərin 50 faizi daxili bazara yönəldiləcək, digər hissəsi isə Avropa İttifaqı ölkələrinə göndəriləcək.

Zavodun illik istehsal gücü 40 min avtomobil təşkil edir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.