SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Dəhşətli hadisə - 30 yanğınsöndürən yanaraq öldü - VİDEO
HADİSƏ 12:46 / 02.04.2019

Çində bir neçə gündür başlayan meşə yanğınlarını söndürməyə çalışan yanğınsöndürənlər alovların arasında qalıb.

Hadisə nəticəsində 30 yanğınsöndürən yanaraq ölüb.

Belə ki, yanğın şənbə günü Siçuan əyalətinin Muli bölgəsində başlayıb. Təxminən 4 min metr metrə qalxan alovların söndürülməsi üçün iki helikopter cəlb edilib. Əraziyə göndərilən 700-dən çox yanğınsöndürən isə yerdən yanğının söndürülməsinə çalışıb. Ərazidə qəfildən küləyin istiqaməti dəyişib, 30 yanğınsöndürən təhlükə ilə üz-üzə qalıb. Belə ki, onlar alovların arasında qalıb. Yanğınsöndürənlərin cansız bədənləri artıq ərazidən çıxarılıb. Yanğının çox yüksəklikdə olması ətrafdakı yaşayış məntəqələri üçün təhlükəni azaldır.

Ölkənin Şanxi əyalətində baş verən digər yanğın isə nəzarət altına alınıb. 9 min nəfər evindən təxliyə edilib./publika.az



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.