SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ukraynada prezident seçkiləri: ikinci turda Zelenski və... - YENİLƏNİR
DÜNYA 03:21 / 01.04.2019

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir.

 UNİAN agentliyinə istinadən xəbər veririk ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, o, səslərin 30,23 faizini toplayıb.

Sonrakı yerlərdə aşağıdakı namizədlər qərarlaşıb:

Pyotr Poroşenko - 16,65 faiz

Yuliya Timoşenko - 13,14 faiz

Yuri Boyko - 11,48 faiz

Anatoli Qritsenko - 7,07 faiz

***

Ukrayna Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb.

 UNİAN agentliyinə istinadən xəbər veririk ki, seçki bülletenlərinin 4,6 faizinin sayılmasından sonra ortaya çıxan nəticələr aşağıdakı kimidir:

Vladimir Zelenski - 28,78 faiz

Pyotr Poroşenko - 17,16 faiz

Yuliya Timoşenko - 14,79 faiz

Yuri Boyko - 10,23 faiz

Anatoli Qritsenko - 6,64 faiz

***

Ukraynanın 3 yerli təşkilatının apardığı "exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.

Xəbər veririk ki, bu haqda UNİAN agentliyi bildirib.

Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.

***

Ukraynada bu gün keçirilən prezident seçkilərinin "eksit-poll” nəticələri açıqlanıb.

Xəbər veririk ki, şoumen Vladimir Zelenskiy 26-27 faizlə liderlik edir.

Hazırkı prezidenti Pyotr Poroşenkonun təxminən 16-17 faiz səs aldığı bildirilir. Keçmiş baş nazir, "Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun 14-15 faiz səslə üçüncü yerdə olduğu bildirilir.

Timoşenkoa üçüncü yer uğrunda Yuri Boyko ilə mübarizə apardığı deyilir.

Müxtəlif məlumatlara görə, Timoşenko Boyko və Poroşenko daha az səs toplayaraq yalnız 4-cü yeri tutur.

Qeyd edək ki, namizədlərdən hər hansı 50 faizdən çox səs toplaya bilməyəcəyi halda, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.