SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Türkiyədə bələdiyyə seçkiləri başladı
DÜNYA 14:22 / 31.03.2019

Bu gün Türkiyədə sayca 19-cu olan bələdiyyə seçkiləri başlayıb.

Ali Seçki Komissiyasının qərarına əsasən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İğdır və Kilis şəhərində bələdiyyə seçkilərinə səs vermə prosesi başlayıb.

Bu ərazilərdə səs vermə prosesi yerli vaxtla saat 16.00-da tamamlanacaq. Ölkənin digər regionlarında isə səs vermə saatları yerli vaxtla 08.00-dən 17.00-dək olacaq.

Seçkidə 57 milyon vətəndaş səsvermə hüququndan istifadə edəcək. 1 milyon 156 min vətəndaş isə ilk dəfə səs verəcək. Ən çox seçici İstanbulun payına düşür - 10 milyon 560 min 96 nəfər. Paytaxt Ankara şəhərində isə 3 milyon 922 min 163 seçici səs verəcək.

Seçki məntəqələrinə 194 min 390 səsvermə qutusu qoyulub. Artıq Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Seçkilərdə 30 böyükşəhər bələdiyyəsi, 81 vilayət və 922 rayon bələdiyyəsinə aid 1389 yer uğrunda 8270 namizəd mübarizə aparacaq.

Seçkidə müstəqil namizədlər və 12 siyasi partiya iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası ilə yaratdığı "Cümhur İttifaqı”yla seçkiyə gedəcək. Onların əsas rəqibi isə Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi, Səadət Partiyasının qoşulduğu "Millet İttifaqı”dır.

Ümumilkdə Daxili İşlər Nazirliyinin 39 min nəfərlik şəxsi heyəti seçkinin təhlükəsizliyini qoruyacaq. Bundan başqa yerli vaxtla saat 18.00-a kimi tədbirlərin keçirilməsinə qadağa qoyulub.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü il martın 30-da olub. Bu seçkilərdən sonra yaxın 4 il 6 ayda Türkiyədə seçkilər keçirilməyəcək./report


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.