SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Fransa sahillərində delfinlərin rekord tələfatı qeydə alınıb
DÜNYA 07:51 / 30.03.2019
2019-cu ilin ilk üç ayı ərzində Atlantik okeanından Fransa sahillərinə 1100 delfin cəsədi atılıb.

AZƏRTAC France 24 telekanalına istinadla xəbər verir ki, "La Rochelle” Milli Elmi Tədqiqat Mərkəzinin məlumatına əsasən, bu, son 40 ilin ən yüksək göstəricinin qeydə alındığı ötən illə müqayisədə rekord tələfat halıdır.

Ekspertlər bu dəniz heyvanlarının kütləvi tələfatını balıqçılıq sənayesi ilə əlaqələndirirlər. Eyni zamanda, heyvanların müdafiəsi hərəkatının fəalları Fransanın Ekologiya Nazirliyindən delfinlərin xilası üzrə milli təşəbbüsün tətbiqini tələb edirlər.

Mütəxəssislər aşkarlanan delfinlərin 90 faizinin balıqçı torlarına düşən zaman aldıqları zədələr nəticəsində öldüklərini bildirirlər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.