SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Erməni əsgərlərin qiyamı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
DÜNYA 19:09 / 28.03.2019

Ermənistanın Mehridə yerləşən hərbi hissəsində bir neçə gün əvvəl baş vermiş qiyamın yeni təfərrüatları üzə çıxıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, belə ki, Mehri alayında müəyyən üstünlüyə malik bir qrup əsgər öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Zabitlər nizam-intizamı bərpa etməyə qərar verəndə isə alay bir neçə əsgərin çağırışına uyğun olaraq hərbi hissənin ərazisini tərk edib və küçələrə çıxıb.

Şahidlər əsgərlərin narkotik qəbul etdiyini də deyir.

Həmin hərbi qulluqçular cəzalandırılıb, bir qismi isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib.

Əsgər anaları isə bundan narahat olaraq Yerevanda etiraz aksiyası keçirib və övladlarının hansı səbəbdən Dağlıq Qarabağa göndərilməsi ilə bağlı izahat tələb ediblər.

Ötən gün Dağlıq Qarabağda erməni hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi faktı da Ermənistanda ordusunda özbaşınalığın, dözülməz, idarəolunmaz bir vəziyyətin baş alıb getdiyini göstərir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.