SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Bakının mərkəzində insident – Hücum edib 4500 manat aldılar
HADİSƏ 12:45 / 28.03.2019
Bakıda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilib.

9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.