SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Üç Rusiya zabiti Suriyada belə öldürülüb... - FOTO
DÜNYA 16:14 / 27.03.2019

"Novaya qazeta” Suriyada üç Rusiya zabitinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsinin təfərrüatlarını dərc edib. Virtualaz.org xəbər verir ki, qəzetin yazdığına görə Rusiya zabitlərinin olduğu UAZ avtomobili kalondan ayrılıb və İŞİD terrorçularının pusqusuna düşüb. Hərbçilər Deyr əz-Zor əyalətində yerləşən neft yatağı rayonunda Rusiya ordusunun müşahidə postunun yaradılması üçün getmişdilər.

Hərbçilərin öldürüldüyü barədə elə həmin gün-fevralın 22-də Rusiya və Suriya hərbçilərinin tərəfində döyüşən mənbədən məlum olub. Lakin qəzet hücum zamanı əsir götürülən hərbçilərin azad edilməsinə yönəlmiş mümkün danışıqları və ya əməlyyatı pozmamaq üçün məlumatı dərc etməyib.

Nəhayət ötən gün Rusiya Müdafiə Nazirliyi zabitlərin Suriyada öldürüldüyünü təsdiqləyib. Və qəzet təfərrüatları dərc etməyi qərara alıb.

Bildirilir ki, 928159 nömrə nişanlı UAZ Deyr-əz-Zor əyalətinin səhralıq ərazilərində pusquya düşüb. Maşında üç Rusiya hərbçisi (ikisi polkovnik, biri mayor) və onların tərcüməçisi, Suriya ordusunun polkovniki, Kuseyrdən olan xristian Monzer Luis olub.

Pusqu Əl-Mayadin yaşayış məntəqəsindən 40 kilometr məsafədə qurulub. Avtomobil güllələrdən deşik-deşik olmuş vəziyyətdə aşkarlanıb. Arxa və qabaq oturacaqlarda qan izi, yaxınlıqda qan gölməçəsi və iki zabitin hərbi ləvazimatının detalları aşkarlanıb. Qəzetin dərc etdiyi fotoya əsasən UAZ gülləbaran edilib, maşında olanların silahlarına əl atmaq və döyüşmək üçün heç bir saniyə də olsun vaxtı olmayıb.

Hesab edilir ki, UAZ-ın iki sərnişini yerindəcə ölüb, onların cəsədlərini hücum edənlər sağ qalan iki zabitlə birlikdə aparıb.

Məlumata görə UAZ Rusiya hərbçilərinin 6 maşından ibarət kalonunda hərəkət edirdi. Kalonda habelə pulemyotlarla təchiz edilmiş iki pikap yer alırdı. Lakin məlum olmayan səbəbdən UAZ kalondan ayrılıb və pusquya düşüb.

Hadisə yerində olanlar deyirlər ki, görünür rusiyalı zabitlər pusquya qəfil yaxalanıblar. Onlardan ikisi yerindəcə ölüb, qalan ikisi bir neçə saat sonra güllələnib. Rusiya Müdafiə Nazirliyi tezliklə zabitlərin xilas edilməsi üçün əməliyyata başlayıb. Terrorçuların səhrada mövqeləri aşkarlanıb və məhv edilib. Həmin dəstə həlak olan zabitlərin cəsədlərini də tapıb götürüb.

Ehtimal olunur ki, Rusiya zabitlərinin olduğu UAZ barədə İŞİD-çilərə Suriya hökumət qüvvələrinin tərəfində döyüşən, əvvəllər terrorçu qruplaşmaların tərkibində yer alan hansısa mənbə məlumat ötürüb. Digər mənbə isə məlumatın İrana bağlı qruplardan ötürülə biləcəyini deyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.