SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
FHN rəsmisi: İlkin məlumata görə, yanğın gül dükanından başlayıb
HADİSƏ 21:26 / 26.03.2019

"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, binadakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir: "Yanğın saat 08:12 radələrində baş verib. 8 dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Ərazidə avtomobillərin hərəkəti tıxac yaratdığından işimizə mane olub. Artıq 1, 2, 3 və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir.

Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alan olub-olmaması barədə bizdə məlumat yoxdur.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur. Yanğın söndürmək üçün suyu 2 kilometrdən gətiririk. Bu da bizim işimizi çətinləşdirir. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq". (Trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.