SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda güclü yanğın: 84 yaşlı kişi evində yanaraq öldü - VİDEO
HADİSƏ 10:49 / 24.03.2019

Səhərə yaxın Bakıda güclü yanğın olub. Yanğın zamanı ev sahibi 84 yaşlı kişi evdə köməksiz vəziyyətdə qaldığından o, yanaraq ölüb. Hadisə Xətai rayonunda həyət evində baş verib.

Elektrik sobasının aşması evin yanmasına səbəb olub. Hadisə zamanı yaşlı ev sahibi yanaraq ölüb.

Yanğın hadisəsi səhərə yaxın paytaxtın Xətai rayonu Həzi Aslanov qəsəbəsində Əli Abbasova məxsus həyət evində baş verib. Ev sahibinin oğlu bir həyətdə yaşadığı atasına məxsus evin yandığını görüb qonşuları köməyə çağırıb.

Yanğın güclğü olduğundan şahidlər yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə Dövlət Yanğından Mühafizə bölməsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib. Çox çəkməyib ki, yanğın söndürülüb. Ətrafda olan evlər də yanğından mühafizə olunub.

Qonşuların sözlərinə görə, xəstə olan Əli Abbasov həmin evdə tək yaşayırmış. Qonşuların dediyinə görə, yaşlı kişi səhərə yaxın çölə çıxarkən ayağı elektrik sobasına dəyib və aşıb. Elə yanğın da bu zaman olub. O, köməksiz vəziyyətdə qaldığından çölə çıxa bilməyib və yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, ümumi sahəsi 107 kv/m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 54 kv/m sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.