SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Ermənistanda əsgərlər QİYAM ETDİ - Bir neçə zabit İSTEFAYA GÖNDƏRİLDİ
DÜNYA 20:02 / 23.03.2019

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər qiyam təşkil ediblər.

Axar.az xəbər verir ki, bu barədə "Epress.am” saytı məlumat yayıb. Qiyama səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalması olub.

Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə Dağlıq Qarabağa xidmət üçün göndərilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məsələ ilə bağlı öz Feysbuk səhifəsində açıqlama yayıb. Açıqlamada Ovanisyan zabitlərin heç bir günahının olmadığını, guya bir neçə nizamsız əsgərin xüsusi şəraitdə xidmət edib, xüsusi geyim geyinmək, digərlərindən kənarda qidalanmaq istədiyini bildirib. O, bu əsgərlərin digər hərbçiləri də öz yanlarına çəkərək, onları qiyama qaldırmaq istədiklərini söyləyib.

Ovanisyan qiyam qaldıran əsgərlərin sayının 600 nəfər olmasıyla bağlı yayılan məlumatları da təsdiqləməyib. Mətbuat katibi insidentlə bağlı bir neçə hərbçi və zabitin cəzalandırılacağını, eləcə də bəzi zabitlərin öz vəzifələrindən çıxarılacağını bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.