SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Bir neçə ölkə yenə İnstagramdan istifadə edə bilməyib
CƏMİYYƏT 08:41 / 23.03.2019

"İnstagram" sosial şəbəkəsinin işində nasazlıq yaranıb. Bildiririk ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector" xidməti məlumat yayıb.

Sosial şəbəkədə müşahidə edilən nasazlıq bir neçə ölkədə istifadəçilərin keyfinə "soğan doğrayıb".

ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən etibarən Amerika, Almaniya, Portuqaliya, Peru, Braziliya və Avstraliya istifadəçiləri İnstagramdan istifadə edərkən çətinlik yaşayıblar. İstifadəçilər daha çox xəbər lentinə baxış və proqrama daxil ola bilməməkdən şikayətləniblər.

Buna qədər martın 5-də də bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunmuşdu. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.