SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Nursultana görə kütləvi dava düşdü, saxlanılanlar var
DÜNYA 04:26 / 23.03.2019

Qazaxıstan paytaxtının adının dəyişdirilməsinin tərəfdarları və əleyhdarları arasında Astana meriyasının binası qarşısında kütləvi dava düşüb. Asayış keşikçiləri aksiyaya müdaxilə edib, hər iki tərəfdən saxlanılanlar var.

"RİA Novosti"yə istinadən məlumata görə, rəsmi rəqəmlər açıqlanmasa da, insidentdən sonra 20-ə yaxın dava iştirakçısının saxlanıldığı bildirilir.

İnsident Novruz şənliyinin keçirildiyi meydanda qeydə alınıb.

Bundan əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində paytaxta Nursultan adının qoyulmasından narazı olan bir qrup ictimai fəal, insanları meriya binası qarşısına toplaşaraq, dinc etiraz aksiyası keçirməyə çağırmışdı.

Bundan başqa internetdə "Nursultan” əleyhdarları onlayn petisiya başladıb. Elektron sənədi artıq 32 mindən çox insan imzalayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.