SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Kreml: Nazarbayev istefadan qabaq Putinlə məsləhətləşməyib
DÜNYA 20:25 / 22.03.2019

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin istefadan əvvəl Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmədiyini söyləyib.

 RT-yə istinadən məlumata görə, Peskov, "xeyr, Nursultan Abişeviç məsləhətləşməmişdi, bu barədə söhbət belə gedə bilməzdi. Əlbəttə, ola bilsin o hesab edib ki, nə baş vercəyi ilə bağlı Rusiya prezidentini məlumatlandırmalıdır", - deyə bildirib.

Onun sözlərinə görə, bu, iki ölkənin xüsusi ittifaqlı və dostluq münasibətləri, eləcə də Nazarbayevlə Putin arasındakı xüsusi şəxsi əlaqələrə hörmətdir.

Xatırladaq ki, martın 21-də Putin prezident Nursultan Nazarbayev və Qazaxıstanın yeni prezidenti Qasım Comərd Tokayevlə telefonla danışıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.