SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Saakaşviliyə qarşı istintaq araşdırması yeniləndi
DÜNYA 14:03 / 22.03.2019

Ukraynanın Təhlükəsizlik Xidməti Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib.

Azərtac-a istinadla xəbər veririk ki, Saakaşvilinin vəkili Ruslan Çernolutski işin Baş Prokurorluqdan alınaraq UTX-nin əsas istintaq şöbəsinə verildiyini bildirib.

Qeyd edək ki, Ukraynanın Dövlət Sərhəd Xidməti Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ölkə ərazisinə girişinə 2021-ci ilədək qadağa qoyub.

Xatırladaq ki, Saakaşvili 2018-ci ilin fevralın 12-də Ukrayna ərazisindən çıxarılaraq Polşaya aparılıb. Onun barəsində cinayət işi açılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.