SON XƏBƏRLƏR
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019
Cinsi münasibətin sağlamlığa İNANILMAZ TƏSİRİ AŞKARLANDI: həftədə 4 dəfə...
ARAŞDIRMA 07:15 / 18.03.2019

"Normal cinsi aktivlik böyrək daşlarının düşməsində 80 faiz rol oynayır”.

Xəbər veririk ki, bunu türkiyəli uroloq Tevfik Sarıkaya deyib.

Türkiyə elm adamları tərəfindən aparılan bir araşdırmaya görə, həftədə 4-5 dəfə sekslə məşğul olmaq 5 mm qədər ölçüdə olan böyrək daşlarının düşməsinə yardım edir.

Həddindən az maye qəbulu, proteinlə zəngin qidalar yemək və duz böyrəklərdə daşların başlıca yaranma səbəblərindəndir. Onun müalicəsi isə daşın ölçüsündən asılıdır. Professorun sözlərinə görə, 5 mm qədər olan daşlarsidik kanalına düşüb oradan da bədəndən xaric edilə bilir. Lakin bu zaman şiddətli ağrılar xəstəyə əziyyət verir.

Buna görə də ölçüsü 5 mm-ə qədər olan daşlarla bağlı tibbi araşdırma aparılıb. Xəstələr 3 qrupa ayrılıb. Birinci qrupda sadəcə ağrıkəsici ilə müalicə olunanlar 2 həftə boyunca gözlədilib. İkinci qrupda daşların düşürülməsi üçün prostat dərmanları istifadə edilib. Üçüncü qrupda yer alanlara isə həftədə 3-4 dəfə sekslə məşğul olmaq tövsiyə edilib. Beləliklə, sonuncu qrupda yer alanlar 80 faiz müsbət nəticə göstərib. Sadəcə prostat dərmanları istifadə edənlərdə 45 faiz müsbət irəliləyiş qeydə alınıb. Sadəcə ağrıkəsici qəbul edib daşın özünün düşməsini gözləyənlərin nəticəsi 30 faiz olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.