SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Feysbuk və tvitter Yeni Zellandiyada baş verən terrorun görüntülərini silirlər
DÜNYA 19:50 / 17.03.2019

"Facebook"un əməkdaşları Yeni Zelandiyada məscidlərə edilən hücumların sosial şəbəkədə yerləşdirilən 1,5 milyondan artıq videosunu siliblər.

"TASS"a istinadən verdiyimiz məlumata görə, bu barədə sosial şəbəkənin rəsmi nümayəndəsi Miya Qarlik bildirib.

M.Qarlik deyib: "İlk 24 saat ərzində 1,5 milyon video silinib. Onların 1,2 milyonu yüklənmə mərhələsində silinib".

Rəsmi nümayəndə qeyd edib ki, sosial şəbəkənin əməkdaşları bu istiqamətdə işlərini davam etdirirlər.

Qeyd edək ki, terroru törədən şəxs xristiandır və buna görə avropalı terrorçu Breyviki özünə idel seçdiyini qeyd edib. İllərlə Qərbin himayə etdiyi İŞİD terrorçularının təbliğat ruporuna çevrilən tvitter də analoji addım atıb. Məhz facebook və tvitter vasitəsi ilə İŞİD terrorçuları illər uzunu özlərinə tərəfdar toplayıblar, törətdikləri terror aktlarının görüntülərini yayımlayıblar, amma sözügedən sosial şəbəkələr həmin görüntüləri silməyiblər. Məqsəd isə İslama nifrət aşılanması olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.