SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Gənc qadını dekolte geyiminə görə təyyarədən yerə atmaqla HƏDƏLƏDİLƏR
DÜNYA 01:34 / 16.03.2019

21 yaşlı Emili Okonnorun təyyarədə yaşadığı biabırçılıq dünya mətbuatının gündəminə düşüb.

ölke.az-a istinadən xəbər veririk ki, qadını geyiminə görə təyyarədən atmaqla hədələyiblər. O, Birminqemdən Tenerifə uçarkən dekolte geyiminə görə bu hadisə ilə üzləşib. Ona "üstünü örtməzsən səni təyyarədən yerə atarıq” sözü ilə hədələyiblər.

Emili İngiltərənin Birminqem şəhərindən Kanar adalarına uçmaq üçün havalimanına gedib. Bilet alan qadın gözləmədiyi davranışla rastlaşıb. Ekipaj qadının geyimini göstərib təyyarəyə belə minə bilməyəcəyini bildirib. Emili isə baş verənləri Tvitterdə bütün dünyaya yayıb. Məlum olub ki, 4 nəfərlik ekipaj Emilini də, baqajını da təyyarədən çıxartmaqla hədələyiblər.

Okonnor hava limanında eyni paltarla gəzişib və problemlə üzləşməyib. Onun qohumu pencəyini Emiliyə verib və qadın təyyarəyə minib. Hadisə yayıldıqdan sonra şirkət Emilidən üzr istəyib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.