SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Millət vəkili: `Mən Yezid ola bilmərəm!`
DÜNYA 05:13 / 15.03.2019

"Bulaq suyuna hər hansı formada qadağa qoyulmasını deməmişəm. Qanunun müzakirəsi zamanı deputatlar öz fikirlərini ortaya qoymalıdır. Mən də çıxışım zamanı şirin suların qorunması barədə danışmışam”.

Bunu Modern.az-a açıqlamasında YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin dünənki  iclasında "əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz” fikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, heç vaxt bulağa qadağa qoymaq düşüncəsində olmayıb:

"Suya qadağanı  qoyan  yezid olub. Min illərdir ki, onu söyürlər. Mən o düşüncənin sahibi ola bilmərəm. Kənd mühitində böyüyən biri kimi bulaqlardan necə istifadə edilməsini çox yaxşı bilirəm. "Bulağa qadağa qoyaq” sözü heç vaxt beynimdə ola bilməz. Biz hüquqi normativ aktlar qəbul edirik. Normativ akt hüquqi sənəddir. Qanun müzakirəsi zamanı fikirlərimizi ortaya qoyuruq. Meşələrimizi su hövzələrimizi qoruyuruqsa, bulaqlarımızı da qoruyaq. Su bulaqdan yaranır və ən birinci mənbəyi bulaqdan başlayır. Bulaqlarımızdan istifadə qaydaları, dərələr vasitəsilə tənzimlənməsi çox önəmlidir”.  

Aydın Hüseynov bulaq suyundan istifadə qaydalarını  da açıqlayıb:

 "Şirin sular bulaqdan yaranır. Bulaqlardan düzgün istifadə edilməsi barədə fikirlərimi bildirmişəm. Bulaq suyundan istifadə edərkən onun dərə ilə axmasına şərait yaratmalıyıq. Bulaq suyu bir daşın, ağacın altından çıxıb dərələr vasitəsilə axır və çaylara qovuşur. Bulaq öz mənbəyindən başqa səmtə götürüləndə dərələr quruyur. Su dərələr vasitəsilə axmalıdır ki, çaylara qovuşa bilsin. Dərələr çayların mənbəyidir. Çaylar dərələrdən yaranır”.

Deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında dünənki çıxışı sosial şəbəkələrdə qınağa tuş gəlib.

"Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır. Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”, -deyə o, bildirmişdi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.