SON XƏBƏRLƏR
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Axtarışda olan iş adamından Trampa 100 min dollarlıq DƏSTƏK
DÜNYA 14:16 / 14.03.2019

Korrupsiyada adı hallanan və axtarışda olan malaziyalı iş adamı Lou Taek Jho 2020-ci il prezident seçkiləri üçün Donald Trampa 100 min dollar pul göndərib.

Xarici mediaya istinadən xəbər veririk ki, iddiaya görə həmin pul 2017-ci ildə seçki kampaniyasını dəstəkləmək məqsədilə işləyən "Trump Victory" adlı təşkilata verilib.

Belə ki, təşkilata bu pul Havay adalarında yerləşən "LNS Capital" şirkətindən ödənilib. Lakin bu şirkəti idərə edən Davisin Trampı dəstəkləyən təşkilata həmin pulu verməmişdən əvvəl axtarışda olan Lou Taek Jhodan 1.5 milyon dollar pul aldığı bildirilir. İndi hüquq mühafizə orqanları Trampı dəstəkləyən təşkilata ödənilən 100 min dolların Lou Taek Jhonun "LNS Capital"a göndərdiyi pulla əlaqəsinin olub-olmadığını araşdırır.

ABŞ mediasınının yazdığına görə, ABŞ vətəndaşı olmayanların prezident seçkiləri üçün ianə ayırması qanunsuzdur. Buna görə də "Trump Victory" qanunlara görə xarici şəxslər və şirkətlərdən bu cür yardımları qəbul etməməlidir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.