SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Müsəlman kralın taxtdan düşməsinə səbəb olan arvadının intim görüntüləri yayıldı - FOTO
DÜNYA 15:45 / 14.03.2019

Malayziya Kralı Sultan 5-ci Məhəmmədin özündən 24 yaş kiçik həyat yoldaşının başqa kişi ilə hovuzda çəkilmiş intim görüntüləri ortaya çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Malayziya kralı Sultan 5-ci Məhəmməd rus gözəllik kraliçası Oksana Voevodina ilə keçən ilin noyabr ayında evlənmişdi. Toydan sonra modelin İslamı qəbul etdiyi və hicab geyindiyini açıqlanmışdı. Ancaq modelin keçmişi onu rahat buraxmayıb.

Oksana Voevodinanın model kimi fəaliyyət göstərdiyi günlərdə bir televiziya şousu zamanı hovuzda kişi ilə cinsi əlaqəyə girdiyi görüntülərin ortaya çıxması ölkədə şok yaradıb.

Xatırladaq ki, cütlüyün toyu 22 noyabrda Rusiyanın ən lüks salonlarından birində baş tutmuşdu. Toyda spritli içkilər verilməmişdi, həmçinin bütün yeməklərin halal olmasına diqqət edilmişdi. Malayziya Kralı milli geyim, gəlin isə ağ bir gəlinlik geyinmişdi.

Oksananın hamilə qalması üçün toydan sonra Almaniyada müalicəyə başladığı da danışılmışdı. Sonsuzluq problemi olduğu deyilən birinci xanımın açıq-saçıq görüntülərinin yayımlanması sonra kral taxtdan uzaqlaşdırılması üçün ictimaiyyətin təzyiqinə məruz qalmışdı. Ancaq kraldan vəzifədən kənarlaşdırılmasının səbəbi açıqlanmayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.