SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Gömrükdə mühüm dəyişiklik: Bu maşınlara cərimə ləğv edilir
HADİSƏ 01:52 / 14.03.2019

Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

Xəbər veririk ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

"Bu qaydanın İnzibati Xətalar Məcəlləsində ləğvi ilə bağlı DGK tərəfindən hökumətə müraciət olunub. İl ərzində bu məsələnin həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz olaraq ölkədən çıxması nəzərdə tutulub”, - M.Vahabov bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.