SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Nazir məşğulluq sahəsində aparılan islahatların əsas məqsədini açıqladı
CƏMİYYƏT 18:42 / 13.03.2019
Bu gün üçün Azərbaycan ümumi məşğulluğun mənzərəsi kifayət qədər normal görünür.

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu ilin iki ayı ərzində qeyri-formal məşğulluqla mübarizə çərçivəsində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb:

"Bunun 40 mini özəl sektorun payına düşür. Bu kimi rəqəmlər onu göstərir ki, aparılan islahatlar öz bəhrəsini verir. Əmək müqavilələrindəki artım formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına dəlalət edir”.

"Bu gün üçün Azərbaycan ümumi məşğulluğun mənzərəsi kifayət qədər normal görünür. Əsas məqsəd muzdluların payının artırılmasıdır. Bu da onların pensiya və sosial müdafiə təminatına ciddi dəstək verəcək”, - deyə nazir qeyd edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.