SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Azərbaycanda baş nazirin keçmiş müavini vəfat etdi - FOTO
CƏMİYYƏT 09:14 / 13.03.2019

Keçmiş nazir, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədov vəfat edib.

Xəbər veririk ki, Musa Salam oğlu Məmmədov 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələ rayonunda doğulub. M.Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunur. O, 1968-1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini və Respublika tədarük nazirinin müavini işləyib. Bacarığını, aqrar sahəni dərindən bilməsini nəzərə alınmaqla Musa Məmmədov nazir müavini təyin edilir (1970-1979-cu illər). O, peşəkar və səriştəli kadr kimi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzər-dıqqətini cəlb edir və onu "Azərkəndkimya” Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə irəli çəkilir (1979-1984). Musa Məmmədov ona göstərilən bu yüksək etimadı doğruldur, özünü bacarıqlı rəhbər işçi, kənd təsərrüfatının bütün sahələrini dərindən bilən bir mütəxəssis kimi göstərə bilir. 1984- 1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986- 1989-cı illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989-2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışıb. Daha sonra o, Baş nazirin, son günlərə kimi isə Kənd təsərrüfatı nazirinin müşaviri vəzifələrində çalışıb.

M.Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Musa Məmmədov həmçinin kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteran olub.

Allah rəhmət eləsin!


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.