SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Rayondan gəlib Bakıda gizli yaşayan sevgililərin HAMAM FACİƏSİ: ikisi də ailəli olub və... - ŞOK TƏFƏRRÜAT
HADİSƏ 12:14 / 12.03.2019

Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

Xəbər veririk ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bahar bağları” yaşayış massivində yerləşən fərdi həyət evində kirayə yaşayan Şirvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Hüseynli Həbib Mehman oğlu və 1985-ci il təvəllüdlü Əzimova Əntiqə Vidadi qızı hamam otağında dəm qazından boğularaq ölüb.

Məlum olub ki, hər iki şəxs orta məktəbi bir yerdə oxuyub və sinif yoldaşlarıdır. Ailəli olsalar da, onların arasında gizli sevgi münasibəti yaranıbmış və xeyli müddət davam edirmiş. Bir müddət əvvəl onlar Bakıda işləmək üçün birgə paytaxta gəliblər və burada qeyri-rəsmi nikahda gizli yaşamağa davam ediblər.

Bildirilir ki, hər iki şəxsin rəsmi nikahlarından övladları var.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.