SON XƏBƏRLƏR
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
Maşında gedərkən niyə ürəyimiz bulanır? - Qarşısını almaq üçün məsləhətlər
CƏMİYYƏT 14:57 / 11.03.2019

Bu bir çox insanın başına gələn bir haldır. Xüsusilə uzaq yolu avtomobillə qət edərkən mədə bulantısı və baş gicəllənməsi hər kəsi narahat edir.

Bəs bunun səbəbi nədir?

 Medicina.az-a istinadən bildiririk ki, statistik məlumatlara əsasən dünya əhalisinin təxminən 25-30% sözügedən problemdən əziyyət çəkir. Bu hal əsasən maşında, avtobusda, qatarda, bəzən də təyyarədə səyahət edərkən yaranır.

Nəqliyyat vasitələrində kitab oxuyarkən, telefona və.s baxarkən daha da şiddətlənir. Bu problemdən əziyyət çəkmə dərəcəsi insandan insana dəyişir.

Bildiyimiz kimi bədən tarazlığının saxlanılması üçün gözlər və daxili qulaqdan mərkəzi sinir sisteminə müəyyən siqnallar göndərilir. Məhz bu prosesdə olan uyğunsuzluq nəticəsində mərkəzi sinir sistemi beyinə səhv məlumatlar ötürür. Bir çox insana bu, genetik kodlarla ötürülür. Məsələn, anada varsa gələcək övladları da bu problemlə qarşılaşırlar. Bütün bunlarla yanaşı yola çıxmazdan 1 gün əvvəl, uzun səyahətlər zamanı isə 1 həftə əvvəl meditasiya və ya yoqa ilə məşğul olmaq məsləhət bilinir.

Maşınla yol gedərkən sözgedən əlamətlər büruzə verməsin deyə müxtəlif dərman vasitələrindən istifadə olunur. İlkin olaraq çarə kimi görünən bu üsulun təsiri keçən kimi analoji hal davam edir. Halbuki daha sadə üsullarla səyahətimiz daha xoş olar.

Səyahətimizin kabusa çevrilməsinin qarşısını almaq üçün bir neçə sadə və hər kəsin edə biləcəyi vasitələr var. ilkin olaraq səyahətdən əvvəl çox yağlı yeməklərdən uzaq durmaq məsləhət görülür. Lakin tamamilə ac qalmaq da düzgün deyil. Avtomobilin daha stabil, yəni az hərəkətli, yellənməyən oturacaqlarında əyləşin. Qəhvə və duzlu qidalardan, o cümlədən siqaretdən uzaq durun. Bu vasitə də sizin mədə bulantınızın qarşısını alınacaq. Ən sadə üsul isə olduğunuz minik vasitəsinin pəncərəsini endirib hava almağınızdır. Alimlər qeyd edir ki, səyahət zamanı mümkün qədər stabil bir nöqtəyə baxın. Ən optimal üsul isə nanəli saqqızdır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.