SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Amerikalı diplomatın təyyarəyə mina keçirtmək cəhdi Kadırovu qəzəbləndirdi
DÜNYA 10:58 / 11.03.2019

Martın 9-da Rusiyanın Şeremetovo Hava Limanında amerikalı diplomatın çantasında mina aşkarlanıb. Londona getmək istəyən diplomatın çantasında tapılan partladıcı qurğuya görə o saxladılıb və daha sonra məcburi qaydada Nyu-Yorka yola salınıb.

Rusiya Xarici İşlər Nazirliyi bu hadisəni təxribat kimi qiymətləndirsə də, ABŞ tərəfi minanın təhlükəli olmadığını bəyan edib və məsələyə bununla son qoyulmasını istəyib.

Bu barədə lenta.ru məlumat yayıb.

Lakin, Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün sosial şəbəkə hesabından məsələyə yenidən qayıdaraq, bəyan edib ki, diplomat ABŞ-ın hakim dairələrinin tapşırığı ilə bu hərəkəti edib və bu təxribatdır.

İnsidentin motivlərinin tezliklə aydınlaşacağına əminliyini ifadə edən Çeçenistan rəhbəri ABŞ-ın reaksiyasına da qəzəbli fikir bildirib. "Bu qədər də arsızlıq olmaz. Baqaja mina qoyublar, lakin bunun təhlükəsiz olduğunu israr edirlər. Daha nə olmalıydı ki, təhlükəli sayılsın?”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.