SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Koreyalı hakerlər iki ildə 570 milyon dollar oğurlayıblar
DÜNYA 15:22 / 10.03.2019
Şimali Koreyadan olan hakerlər kiber hücumlar hesabına 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək 570 milyon dollara yaxın pul, o cümlədən kriptovalyuta oğurlayıblar.

Bu barədə məlumatlar BMT Təhlükəsizlik Şurasının KXDR-ə sanksiyalar üzrə komitəsinin hesabatında yer alır. Komitə ekspertlərinin fikrincə, son iki ildə Pxenyan Asiyanın müxtəlif ölkələrində kriptovalyuta birjalarına azı beş uğurlu hücum reallaşdırıb.

Şimali Koreya kompaniyaları eyni zamanda, hərbi texnikanı satmaq üçün YouTube və Instagram akkauntlarına aktiv qoşulmağa başlayıblar. WeChat messenceri isə KXDR-ə dənizdə qeyri-leqal ticarət həyata keçirməyə imkan yaradan vasitəyə çevrilib.

Bu gün KXDR-ə münasibətdə maliyyə sanksiyaları, silah embarqosu, raket yanacağı və ikili təyinatlı materiallar göndərilməsini, həmçinin ölkədən kömür, dəmir, dəniz məhsulları və digər məhsullar ixracını qadağan edən ən sərt sanksiya rejimi tətbiq olunur. Sonuncu dəfə sanksiyalar 2017-ci ilin dekabrında sərtləşdirilib. (BAKU.WS)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.