SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Şəkidə mikroavtobus və “Prado” toqquşub, 7 nəfər xəsarət alıb
HADİSƏ 13:20 / 10.03.2019
Şəkidə mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes-Benz Vito” markalı mikroavtobusla "Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ikisi ağır olmaqla, 7 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.