SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Köpəkbalığının şəklini çəkmək istədi və... - İNANILMAZ HADİSƏ
DÜNYA 10:15 / 10.03.2019

Cənubi Afrikanın Port Elizabet limanında köpəkbalığının şəklini çəkmək istəyən 51 yaşındakı dalğıc Rayner Şimpf bir anda ortaya çıxan nəhəng balinanın ağzından qurtulub.

Xəbər veririk ki, 15 ildir Cənubi Afrikada dalğıc turları keçirən Şimpf dənizin dibində çəkiliş aparmaq üçün suya girib. O, bir anda 30 ton ağırlığında nəhəng balina ilə qarşılaşıb. Xoşbəxtlikdən, balina dalğıcı azğındakı balıqlarla birlikdə geriyə tullayıb.

Ölümdən xilas olan dalğıc bildirib ki, o, xüsusi kamera vasitəsilə köpəkbalığı, delfin və pinqvinləri çəkmək istəyib. Özünün rəhbərlik etdiyi qrupla sahildən 25 mil aralanan Şimpf dənizin güclü dalğalanması fonunda onları pis bir sürprizin gözlədiyini hiss edib. Sonra qaranlıqda ayaq nahiyəsində kəskin ağrı olduğunu bildirən dalğıc özünü balinanın ağzında gördüyünü və fırtına qüvvəsi ilə oradan bayıra atıldığını söyləyib.

Bu qorxulu anları dalğıcın həmkarı Hayns Toperger lentə alıb və "The Mirror” qəzetinə təqdim edib. (Azərtac)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.