SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
“Armeniareport”: Ermənistanda başqa bir siyasi partlayış yarana bilər
DÜNYA 08:42 / 08.03.2019
Erməni ictimaiyyəti mayın 8-də Nikol Paşinyanın Ermənistanın baş naziri təyin olunmasının ilk ildönümünü qeyd edəcək. Paşinyan bir il ərzində siyasi opponentlərinin bir hissəsini meydandan çıxardı, yeni hökumət üçün zəruri olan "qeyri-adi” parlament seçkiləri keçirdi, deputat yerlərinin mütləq əksəriyyətini öz yaxınlarına verdi. Ancaq Paşinyanın göstərdiyi fəaliyyət nəticəsində daxili və xarici siyasət sonuna doğru gedir.

Xəbər veririk ki, bu fikirlər Ermənistanın "Armeniareport” siyasi analitik saytında yer alıb. Sayt, həmçinin xatırladır ki, N.Paşinyan iqtidara gəldiyi zaman iqtisadi rəqabətin təmin olunması, inhisarla mübarizə, dövlət gəlirlərinin və məşğulluğun artırılması, yoxsulluğun aradan qaldırılması, kənd təsərrüfatı və turizm sahələrini inkişafı ilə bağlı proqram qəbul etmişdi. Ancaq bütün bunlar yalnız kağız üzərində gözəl görünür, çünki hakimiyyət hələ bu proqramın praktiki olaraq həyata keçirilməsinə başlamayıb. Paşinyan və komandası ölkədə ictimai-siyasi vəziyyəti sabitləşdirmək, iqtisadiyyatı canlandırmaq və Ermənistanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ciddi addım atmayıb.

Ölkənin valyuta ehtiyatlarının sürətlə azaldığına diqqət çəkən sayt yazır: rəsmi statistikaya görə, ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 255 milyon dollar və ya 11 faiz azalıb. Ekspertlərin fikrincə, bu, gözlənilən idi. Çünki Paşinyan əhaliyə çox şey vəd etdi. Ancaq vədlər reallaşmadı. Məsələn, dövlət sektorunun əmək haqqının vaxtında verilməsi bağlı baş nazirin səsləndirdiyi fikirlər hələ də arzu olaraq qalır. Bundan başqa, ölkədə normal biznes mühitinin olmaması xarici investorları və erməni iş adamlarını Ermənistana sərmayə yatırmaqdan çəkindirir.

Paşinyan hökumətinin fəaliyyətsizliyi dərin böhrana doğru gedir. Buna görə də indi Ermənistanda başqa bir siyasi partlayış yarana bilər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.