SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
DÜNYA 03:18 / 08.03.2019
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, tədbirdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekununda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019-2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.