SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanda mobil telefonla ödəniş etmək mümkün olacaq
DÜNYA 15:14 / 06.03.2019

"Moody’s" beynəlxalq reytinq agentliyi 70 ölkədə araşdırma aparıb və məlum olub ki, həmin ölkələrdə 4 il ərzində rəqəmsal ödənişlərin artırılması hesabına 296 mlrd. ABŞ dolları dəyərində əlavə ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Eyni zamanda 2,6 mln. yeni iş yeri açılıb”.

Bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri departamentinin direktoru Kəmalə Qurbanova deyib.

K.Qurbanovanın sözlərinə görə, oxşar araşdırmanı "Visa” şirkəti də, dünyanın 100 şəhərində aparıb: "Bu şəhərlər arasında Bakı da var. Araşdırma məticəsində məlum olub ki, yaxın 15 il ərzində rəqəmsal ödənişlərin artırılması ÜDM-ə 470 mln. dollarlıq əlavə töhfə verəcək. Həmçinin 5 mln. a yaxın yeni iş yeri açılacaq".

AMB rəsmisi vurğulayıb ki, Azərbaycan rəqəmsal ödənişlərin artırılmasında maraqlıdır: "Son 3 ildə milli ödəniş sistemlərində aparılan əməliyyatlar 79% artaraq 274 milyard manat təşkil edib. Kart ödənişlərində nağdsız dövriyyə isə 126% artaraq 2,8 milyard manat olub. Bu müddətdə ticarət dövriyyəsində artım 4,5 milyard manata çatıb".

Bundan başqa, onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda sim kartlar vasutəsi ilə ödənişlər mümkün olacaq: "Ani ödəniş sistemi ilə bağlı layihənin birinci mərhələsi bu ilin sonunda başa çatdırılacaq. Bu sistem imkan verəcək ki, zaman və məkan fərqi olmadan insanlar 5-10 saniyə ərzində ödənişlərini başa çatdırsınlar. Bu zaman fiziki şəxslərə plastik kartlardan fiziki olaraq istifadə etmədən bank hesablarına bağlanmış telefon nömrələri vasitəsilə ödəniş etmək imkanı yaradılacaq. Növbəti mərhələdə isə müasir "identify" texnologiyalarından istifadə ediləcək".(Report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.