SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Köçəryan: İlham Əliyev Paşinyanı udub
DÜNYA 19:57 / 04.03.2019
"Ermənistanın baş naziri Nikol Paşinyan nəyin bahasına olursa-olsun Qarabağ probleminin həlli üzrə danışıqların aparılması faktını gizlətməyə çalışır". Bildiririk ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan "168 jam" qəzetinə müsahibəsində danışıb.
 
Onun sözlərinə görə, Paşinyanın mövqeyi olmadığı üçün uğurlu danışıqlar apara bilməz: "Hakimiyyətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi cəmiyyətə məlum deyil, çünki indiyədək bu səsləndirilməyib və məhz bu, narahatlıq doğurur. Mövqe olmadan uğurlu danışıqlar necə aparmaq olar? Danışıqlar - toplantılar deyil, əldə edilən uğurları birləşdirmək üçün bir vasitədir. Danışıqlara başlamazdan əvvəl, ilk növbədə Qarabağ nizamlanmasına dair bir sıra prinsipial müddəalar olmalıdır".

Köçəryan həmçinin hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanı udub. O əmindir ki, Düşənbədəki "lift danışıqları" Vyana və Sankt-Peterburqda əldə olunan təmas xəttində etimad tədbirlərinin möhkəmləndirilməsinə dair sərfəli müqaviləni aradan aparıb.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.