SON XƏBƏRLƏR
25 Avqust 2019
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
Azərbaycanda dərsdən çıxıb evə gedən müəllimlər DƏHŞƏT YAŞADI - İKİSİ DƏ ÖLDÜ - FOTO
KRİMİNAL 09:40 / 04.03.2019

2 gün əvvəl Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

məlumata görə, rayonun Rəncbərlər və Hüsülü kəndlərinin yaxınlığından keçən hissəsində "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobillərin toqquşması nəticəsində vəfat edən "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və Həyat Məmmədova müəllim olub.

Hadisə müəllimlər kənd məktəbində dərslərini bitirərək Ağcabədi şəhərində yeni salınmış qəsəbədəki evlərinə qayıdarkən baş verib.

Bildirilir ki, E.Məmmədobv həm də Ağcabədidə "Yeni Abutiriyent” kursunda çalışırmış və rayonda tanınmış ingilis dili müəllimlərindən olub.

Qeyd edək ki, hadisə vaxtı digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Vəfat edən Elsevər Məmmədovun bəzi fotolarını təqdim edirik.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.