SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Gürcüstan Prezidenti soydaşlarımızın müraciətinə cavab verib
DÜNYA 03:39 / 03.03.2019
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.

GAK sədri Hüseyn Yusubov AZƏRTAC-a bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.

Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işlə cəlb olunmalarını təklif etmişdi.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.