SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Ucarda ŞOK HADİSƏ: 3 nəfər özünü binadan atmaq istədi (YENİLƏNDİ)
HADİSƏ 08:07 / 03.03.2019

Ucar rayonunda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Martın 2-də günorta saatlarında rayon sakinləri Saqi və Elşən Həsənov qardaşları və daha bir nəfər Ucarın mərkəzindəki çoxmərtəbəli binalardan birinin üzərinə çıxaraq oradan özlərini atmağa cəhd göstəriblər.

Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri, FHN-in xilasediciləri, təcili yardım briqadası və polis əməkdaşları gəlib. İntihara cəhd etmək istəyən şəxslərlə söhbətdən sonra onları fikrindən daşındırmaq mümkün olub və binanın üzərindən aşağı eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Ucarda intihara cəhd edilib.

Hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər.

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.