SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Fərman 10 min dollardan çox kreditə bu halda aiddir - VİDEO
REPORTAJ 02:01 / 02.03.2019

Xarici valyutada 10 min dollardan yuxarı krediti olanların bir qrupu da problemli kreditlərlə bağlı fərmandan yararlana biləcək. Bu barədə danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov vətəndaşların kompensasiya almaq üçün nə etməli olduğunu da açıqlayıb.

21 fevral 2015-ci ildən öncə 10 min dollardan yuxarı krediti olub, devalvasiya tarixlərində həmin məbləğdən aşağı krediti qalanlar da dövlətin problemli kreditlərə tətbiq etdiyi güzəştdən yararlana biləcəklər. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov deyib.

Orxan İsmayılov fərmanda nəzərdə tutulan güzəştli vəsaitlərin necə hesablanacağına da aydınlıq gətirib. Belə ki, 2015-ci il fevralın 21-i tarixinə 10 min dollar borcu olan, ancaq bu ildə baş verən ikinci devalvasiya ilə də qarşılaşan vətəndaşlara birinci devalvasiyaya görə əsas borc hissəsinin 1 dollarına 25 qəpik, ikinci devalvasiyada qalan borc hissəsinə isə 60 qəpik kompensasiya ödəniləcək. Yəni güzəşt məbləği yekunda cəmlənəcək..

Palatanın idarə rəisi hansı faizlərin ləğv ediləcəyinə də aydınlıq gətirib.

Ən önəmli məqamlardan biri isə prosesin necə həyata keçiriləcəyidir. Orxan İsmayılov bildirir ki, bu məsələdə vətəndaşların harasa müraciət etməsinə ehtiyac yoxdur.

Fərmanda nəzərdə tutulan vacib məqamlardan biri də vətəndaşların borclarını qaytarması üçün onlara 1 faizlə güzəştli kreditlərin verilməsidir. Orxan İsmayılov bu güzəştin həm xarici valyuta, həm də milli valyutada problemli krediti olan vətəndaşlara aid edildiyini bildirir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.