SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Samuxda məktəbdə yanğın - 10-A YAXIN MÜƏLLİMƏ TİBBİ YARDIM GÖSTƏRİLDİ
HADİSƏ 17:02 / 01.03.2019
Samux rayonu, Tatlı kənd orta məktəbində yanğın olub. Hadisə bu gün səhər saatlarında baş verib.

Məktəbin direktoru Tacirə Məmmədova virtualaz.org-a yanğın xəbərini təsdiqləyib. Lakin bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. "150 şagird yerlik məktəb 2004-cü ildə təmir edilib. Sinif otaqlarını odun sobası ilə qızdırırıq. Siniflərin birində tavan tüstülədi, yanğın söndürən çağırdıq, amma onlar gələnə kimi özümüz söndürdük”, - T.Məmmədova deyib.

Direktorun sözlərinə görə, hadisə zamanı bütün siniflər boşaldılıb, heç kim xəsarət almayıb: "Heç kimin burnu belə qanamadı. Biz sadəcə qabaqlayıcı tədbir kimi uşaqları sinifdən çıxardıq. Nə tüstüdən zəhərlənən, nə də yanğından xəsarət alan var”.

Direktor bildirib ki, məktəbin iki korpusu var, birinci korpusda ibtidai siniflər, digərində 5-9-cu siniflər yerləşir. Hadisə 5-9-cu siniflərin dərs keçdiyi korpusda baş verib.

Direktor onu da deyib ki, sobanı uşaqlar yox, müəllimlər qalayırlar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə deyiblər ki, hadisə zamanı 10-a yaxın müəllimə təşvişə düşüb. Təcili yardım briqadası yerində onlara tibbi yardım göstərib, sakitləşdirici dərmanlar verilib. "Xəstəxanaya aparılan olmayıb”, -nazirlikdən əlavə ediblər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.