SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ağlagəlməz üsul - Bakıda qadın özünü maşına belə çırpdı - VİDEO
HADİSƏ 05:20 / 28.02.2019

Sosial şəbəkərlərdə yol kənarında dayanan qadının qəfildən özünü hərəkətdə olan avtomobilə çırpmasını əks etdirən görüntü yayılıb. Qadının bu hərəkəti nə məqsədlə etdiyi bilinməsə də hüquqşünasların sözlərinə görə, bu üsulla hər hansı şəxsdən pul tələb edilməsi cinayət əməlidir və bunu edən şəxs 3 ildən 5 ilə qədər həbs edilə bilər.

Yolun əks tərəfində dayanan qadın anidən hərəkət edir və özünü orta sürətlə gələn avtomobilin yan hissəsinə çırpır və yerə yıxılır. Sosial şəbəkələrdə paylaşılan bu görüntülər Yasamal rayonunda çəkilib.

Ola bilər ki, qadının ayağı sürüşdüyü üçün yıxılsın. Buna görə də piyadalar yol keçərkən diqqətli olmalıdır. Lakin görüntü izləyən sürücü və piyadalar bunun məqsədli şəkildə edildiyini iddia edir. Onların sözlərinə görə bu kimi hərəkətləri əsasən sürücüdən pul tələb etmək istəyən şəxslər edir və sürücü qorxduğundan piyadanın istəyi ilə razılaşır.

Elə sosial şəbəklərdə verilən məlumata görə həmin avtomobili idarə edən Elməddin Bayramov adlı sürücü daha sonra qadına xəstəxanaya getməyi təklif etsə də qadın bundan imtina edib. Qeyd edək ki, ölkəmizdə zaman-zaman bu şəkildə özünü maşına çırparaq hay-küy salan piyadalar rast gəlinir və bunun örnəkləri də var.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə isə bu hərəkət əgər sürücüdən pul almağ məqsədi ilə edilibsə və bu məhkəmədə sübuta yetirilsə onu edən şəxs Cinayət Məcəlləsinin 182-ci, ''Hədə qorxu yolu tələb etmə'' maddəsi ilə cinayət işi açıla və həmin şəxs 3 ildən 5 ilə qədər həbs edilə bilər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.