SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Dünyanın gözü KREMLDƏ: anti-İran ittifaqı qurulur? - Keçmiş səfirdən SENSASİON SÖZLƏR
DÜNYA 19:59 / 27.02.2019

İsrailin Baş naziri Benyamin Netyanyahu işgüzar səfərlə Rusiyaya gəlib.

xəbər veririk ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Suriyada vəziyyəti və Fələstin-İsrail münaqişəsinin nizama salınmasını müzakirə edəcəklər.

"Görüş zamanı Rusiya və İsrail liderləri ikitərəfli əməkdaşlığın aktual məsələlərini, hər şeydən əvvəl ticarət-iqtisadi və humanitar sferalarda əməkdaşlığı müzakirə edəcəklər”, - Kreml mətbuat xidmətinin xəbərində deyilir.

"Gazeta.ru” yazır ki, Benyamin Netyanyahu Rusiyada tez-tez görünən qonaqdır, ancaq bu səfər əhəmiyyətli xarici siyasi qiymətə malikdir, çünki bu, mümkündür ki, İsraildə aprel ayında keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl sonuncu səfər olsun.

Bu səfər hələ fevralın 21-də olmalı idi, ancaq İsrailin baş naziri onu ölkədəki seçkiqabağı vəziyyətə görə təxirə saldı.

Hər iki liderin bir-birinə münasibəti kifayət qədər yaxşıdır, hərçənd iki ölkənin münasibətlərində Suriyadakı vəziyyətə görə müəyyən böhran var. Suriyada Rusiya nəqliyyat təyyarəsinin qəzası böhranın kulminasiyası oldu. "İl-20” 2018-ci ilin sentyabrında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrinə hücum etmək istəyən Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən vurulmuş, nəticədə 15 Rusiya hərbi qulluqçusu həlak olmuşdu.

İsrail Suriyada İranın hərəkətlərinə mənfi münasibətini gizlətmir. Təl-Əvivin iddiasına görə, İran Suriya ərazisindən İsrailə təhdidlər üçün istifadə edir.

"İran İsraili təhdid edir. Suriyada məskən salmağa və orada öz infrastrukturunu tikməyə imkan verməmək üçün İsrail İrana cavab verir. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur, amma bu oyuna daxil olub və həll yollarını axtarmaq lazımdır”, - İsrailin Rusiyadakı keçmiş səfiri Zvi Magen Moskvada keçirilən "Valday” diskussiya klubunun son konfransda "Gazeta.ru”-ya bildirib.

Onun sözlərinə görə, İsrail və Rusiya arasında ziddiyyətlərə baxmayaraq, İranla bağlı məsələdə Suriyada güzəştlərə nail olmaq olar. O qeyd edib ki, Rusiya artıq ABŞ və İsrailə Suriyada İranın hərbi mövcudluğunu minimallaşdırmağı təklif edirdi, ancaq tərəflər razılaşa bilmədilər.

"Əgər kimsə belə təklifləri edirsə, bu o deməkdir ki, onları reallaşdıra bilər və deməli, güzəşt üçün imkanlar var,” – sabiq səfir hesab edir.

İsrail və Rusiya liderlərinin danışıqları Soçidə Astana formatında Rusiya, Türkiyə və İran liderlərinin görüşündən iki həftə sonra (Soçi sammiti fevralın 14-də keçirilmişdi – red.) keçiriləcək. Magen əmindir ki, İsrailsiz Soçidə razılaşmalarını reallaşdırmaq mümkün deyil.

Svi Magen hesab edir ki, ABŞ-ın Suriyada olması faktının pozitiv effekti var. Bundan başqa, ekspert qeyd edir ki, Vaşinqton Suriyadan çıxmaqla Yaxın Şərqdən getmir:

"Əgər onlar kontingenti çıxarırlarsa və regionda bazaları, donanması qalırsa, bu, sürətli reaksiya göstərmə imkanıdır”.

Ekspert qeyd edir ki, bu gün Rusiya Suriya üzrə növbətçi olaraq qalır və münaqişənin nizama salınması üçün regionda olan bütün oyunçularla razılaşmaq əhəmiyyətlidir. Vaşinqtonla ümumi dil tapmaq çətin olacaq, onun fikrincə, Ağ Evdə istəyirlər ki, Rusiyada alınmasın.

Daha bir mövzu Netanyahu və Putinin danışıqlarında qaldırıla bilər: Fələstin probleminin nizama salınması. Məlumdur ki, Vaşinqtonda İsrail və Fələstin arasında münaqişənin nizama salınmasına hazırlıq üzrə yeni planı elan ediblər. Planın əsas ideyası danışıqlara ərəb ölkələrini cəlb etməkdir və İsrail son zamanlar onlarla münasibətləri qaydaya salır.

Bu planı ABŞ prezidenti Donald Trampın köməkçisi və kürəkəni Cared Kuşner aktiv işləyir. Magen qeyd edir ki, o, hazırda region ölkələrinin rəhbərləriylə sülh planı ideyasını müzakirə etmək üçün Fars körfəzinin ölkələri üzrə səfərə çıxıb.

"Rusiya bu planda iştirak etmir, amma ona qoşulmaq imkanlarını axtarır”, - keçmiş səfir deyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov daha əvvəl qeyd edib ki, ABŞ-sız ərəb-İsrail münaqişəsinin nizama salmasında razılıq əldə etmək mümkün deyil, ancaq tək Vaşinqtonla heç nə əldə olunmayacaq. Buna görə də Lavrov hesab edir ki, kollektiv formatlara, məsələn, ABŞ, Rusiya, Avropa İttifaqı, BMT, həm də Ərəb Dövlətləri Liqasından ibarət beynəlxalq vasitəçilərin kvartetinə qayıtmaq lazımdır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.