SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Putin və Netanyahudan İrana qarşı ORTAQ ADDIM: Bu gün gecə saatlarında..
DÜNYA 11:40 / 27.02.2019

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Xəbər veririk ki, tərəflər bu gün Moskvada bir araya gələcək. Netanyahu görüş üçün gecə saatlarında yola düşüb.

Görüşdə İranın Suriyadakı mövcud mövqeyi müzakirə olunacaq. Bu barədə baş nazirin ofisindən məlumat verilib. İranın İsraili yox etməklə təhdid etdiyini bildirən Netanyahu bunları deyib:

"İranın Suriyadakı fəaliyyətinə qarşı lazımi addımları atır, onların bazalarına hücumlar təşkil edirik. İranı Suriyadan çıxarana qədər bu addımları atmağa davam edəcəyik. Sərhədimizə yaxın bir yerdə İranın baza qurmasına icazə verməyəcəyik”.

Qeyd edək ki, sözügedən görüş 21 fevral tarixinə təyin edilmişdi. Lakin Netanyahu bu görüşün təxirə salınmasını istəmişdi. Buna səbəb olaraq baş nazir seçkilərinə hazırlıq göstərilmişdi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.