SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda daha 2 çoxmərtəbəli binada YANĞIN - Xəsarət alan var
HADİSƏ 10:42 / 27.02.2019

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk ki, ötən gecə binanın 6-cı mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ötən gecə oxşar hadisə Bakı şəhərinin Xətai rayonunun digər hissəsində də qeydə alınıb. Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin bir otağında 1 ədəd divan yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qeyd edək ki, son günlərdə Bakının müxtəlif ərazilərində bir neçə çoxmərtəbəli binada yanğın qeydə alınıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.