SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Ərdoğanın müşaviri: Azərbaycan bayrağı Qarabağda dalğalanacaq
DÜNYA 17:42 / 26.02.2019

Xocalı şəhidlərinə veriləcək ən böyük ərmağan üç rəngli və ay-ulduzlu Azərbaycan bayrağının Qarabağda dalğalanmasıdır. 

"Yenisöz”ün məlumatına görə, bunu Türkiyə prezidentinin müşaviri Yalçın Topçu Ankarada Xocalı qətliamının 27-ci ildönümü və Xocalı şəhidlərinin anım mərasimi ilə bağlı keçirilən tədbirdə deyib. 

Y.Topçu qeyd edib ki, Xocalıda yaşananlar Azərbaycan türklərinin soyqırımıdır:

"Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. "İzvestiya” qəzetinin xəbərində meyitlər üzərində aparılan araşdırmalar zamanı bir çoxunun yandırıldığı, gözlərinin oyulduğu, hamilə qadınların qarınlarının yarıldığı vəhşəti dünya mediasına çatdırılıb. Bu, ermənilərin törətdikləri insanlığa sığmayan qətliamdır”.

Türkiyə prezidentinin müşaviri bildirib ki, Qarabağ məsələsində Türkiyə də Azərbaycan kimi, işğalın tez bir zamanda başa çatmalı olduğunu hər fürsətdə dilə gətirir. 

"Əminəm ki, bu vətən torpaqları yaxın zamanda azad ediləcək, üç rəngli və ay-ulduzlu Azərbaycan bayrağı Qarabağ səmalarında dalğalanacaq. Xocalı şəhidlərinə veriləcək ən böyük ərmağan da bu olacaq”, - Y.Topçu qeyd edib. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.