SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının ildönümü ilə əlaqədar məlumatlandırma kampaniyası keçirir
DÜNYA 15:11 / 26.02.2019
Xocalı qətliamının 27-ci ildönümü ilə əlaqədar ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına start verib. ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən hazırlanmış, konqresmenlərə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, Dövlət Departamentinə, ABŞ prezidentinə və vitse-prezidentinə və KİV-lərə ünvanlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq edilmiş ən dəhşətli hadisələrdən biridir.

Müraciətdə Xocalının işğalı zamanı həlak olmuş insanlar haqqında statistik informasiya və erməni silahlı bölmələri tərəfindən Qaradağlı, Malıbəyli və Quşçular kəndlərində və Xocalı şəhərində törədilmiş vəhşiliklər barədə məlumatlar verilir. Azərbaycan ərazisinin təxminən 20 faizinin erməni ordusu tərəfindən işğalının davam etməsi və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsi (822, 853, 874, 884) barədə də məlumat verilir.

ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qırğınının dünya ölkələrinin qanunverici orqanları və hökumətləri tərəfindən tanınmasının vacibliyini vurğulayaraq qeyd edir ki, Xocalı qırğını bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.