SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
Emil Tağıyev: Ermənistanın 305 hərbçisi və separatçı İnterpola axtarışa verilib
REPORTAJ 14:18 / 25.02.2019
Ermənistanın silahlı qüvvələri, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatçı rejimin qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayət faktları üzrə beynəlxalq hüquq normalarına uyğun hərtərəfli istintaq aparılaraq sülh və insanlıq əleyhinə, habelə müharibə və digər xüsusi cinayətlər törətmiş 305 şəxs İnterpola axtarışa verilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev məlumat verib. Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

E.Tağıyev bildirib ki, həmin 305 şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib. Onların 39-u Xocalı soyqırımı, 12-si Qaradağlı, 18-si Bağanis-Ayrım, 9-u Meşəli, 47-si Kərkicahan soyqırımlarında təqsirli bilinir. Daha 35 nəfər əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə faktları üzrə, 133 nəfər isə qəsdən adamöldürmə və digər cinayətlərdə ittiham olunur.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.