SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Anasını öldürdü, 1000 parçaya doğradı, sonra iti ilə... - QANDONDURAN OLAY
HADİSƏ 07:42 / 25.02.2019

Alberto Sançes Qomez adlı cani bütün İspaniyanı hiddətə gətirib. Ölkənin paytaxtı Madriddə yaşayan 26 yaşlı işsiz ofisiantın anası bir müddət gözə görünməyib.

Xəbər veririk ki, polis araşdırmasından sonra Albertonun anasını öldürdüyü məlum olub. Belə ki, narkotik aludəçisi olan gənc anasını öldürdükdən sonra iti ilə birgə qadının bəzi parçalarını yeyib.

Bu cinayət işi son zamanlar İspaniyada baş verən ən dəhşətli hadisə sayılır. Mariya Soledad Qomez adlı qadın bir müddət itdikdən sonra aparılan araşdırmalar onun öldürüldüyü faktını üzə çıxardıb. Polis 66 yaşlı qadının evinə girəndə hər kəs şoka düşüb. Qadının cəsədi evdə çürümüş və vücudundan ən az 1000 parça qopardılaraq daxili orqanlarının çıxarıldığı faktı üzə çıxıb. Polis açıqlamasında bildirib ki, qadının bədəninin bəzi hissələri 6 qabın içərisində gizlədilib. Hətta bir neçə orqanı zibil qabına atılıb. 15 yaşında atasını itirən narkoman Albero anasını öldürərək bədən hissələrini bişirib itinə yedirdirmiş. Qonşular bildirib ki, Alberto daha öncələr də anasına şiddət göstərib. Hətta bəzən gecələr saatlarla iti ilə birgə küçədə oturub bir nöqtəyə baxarmış. Hazırda cinayət işinin istintaqı davam edir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.