SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ərdoğan: Avropa öz təhlükəsizliyinə görə bizə borcludur
DÜNYA 13:39 / 24.02.2019

Avropa xalqları Türkiyə və türk xalqının səyləri hesabına bu gün sülh və təhlükəsizlik şəraitində yaşayır.

"Anadolu”nun məlumatına görə, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Lakin biz daim belə qurbanlar verməyə hazır deyilik. Türkiyədə sığınacaq tapan suriyalı qardaşlarımız tezliklə yurd-yuvalarına qayıtmaq istəyirlər”, - deyə o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Suriyanın İdlib, Afrin və Cerablus rayonlarına artıq 311 min suriyalı qaçqın qayıdıb. Onun sözlərinə görə, bu bölgələrdə təhlükəsizliyi Türkiyə təmin edib.


Türkiyə prezidenti əlavə edib ki, Ankara İdlibi tam təhlükəsiz etməyi təklif edir və bu məqsədlə Rusiya və İranla dialoq qurub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.