SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Erməni müğənni bəstəboy olduğuna görə festivaldan qovuldu
DÜNYA 17:38 / 23.02.2019
Tatarıstan Respublikasının prokurorluğu Musa Cəlil adına Tatarıstan Dövlət Opera və Balet Teatrının müğənni Xaçatur Badalyanla müqaviləni pozması faktını araşdırır.

Məlumata görə, Xaçatur Badalyandan Tatarıstan prokurorluğuna müraciət daxil olub. O, Şalyapin festivalında opera solisti qismində iştirakı ilə bağlı "Premyer” agentliyi ilə bağlanmış müqavilənin pozulduğunu, buna səbəb kimi isə bəstəboy olmasının göstərildiyini deyib. Badalyan prokurorluqdan əmək hüquqlarının pozulması faktının araşdırılmasını istəyib.

"Premyer” art-agentliyi ilə müqavilədə Badalyanın F.İ.Şalyapin adına Beynəlxalq Opera Festivalı çərçivəsində iki opera və iki qala konsertdə çıxışı nəzərdə tutulurdu. Badalyan ilk operadan bir gün qabaq Kazana gedəndə, hazırlanmış kostyumların ona çox böyük olduğu məlum olub.

Badalyan öz ölçüsünə uyğun olmayan kostyumda çıxış etsə də, dörd gündən sonra Kazan operasından agentliyə müğənninin çıxışlarının təxirə salındığı və dövlət müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş daxil olub.

"İnterfaks”ın yazdığına görə, bütün danışıqlar kastinq direktoru ilə aparılıb, teatrın direktoru məsələyə aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, sözügedən müğənninin boyu 170 sm-dir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.