SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
“Rafaello” erməniləri qəzəbləndirdi
DÜNYA 13:38 / 23.02.2019

Ermənistan mağazalarında üzərində Azərbaycan dilində yazılar olan konfetlər satışa çıxarılıb. Bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri Georgi Avetisyan məlumat verib.

 Sputnik-Ermənistanın məlumatına görə, Avetisyan məsələnin narahatlıq doğurduğunu diqqətə çatdırıb:

"Konfetlərin üzərində erməni dilində markalanma yoxdur, əvəzində Azərbaycan dilində məlumat dərc edilib. Bu o deməkdir ki, qanunvericilik pozulub  və bu məhsullar Ermənistana ixrac edilmək üçün nəzərdə tutulmayıb”.Söhbət İtaliyanın "Ferrero SpA” firmasının istehsalı olan "Rafaello” və "Ferrero Rocher” markalı şirniyyatlardan gedir. 

Şirniyyat Ermənistana İtaliya tərəfindən deyil, naməlum təşkilat tərəfindən gətirilib.

"Biz idxalçını tapa bilmədik. Bu məhsullar ya qaçaqmalçılıq yolu ilə, ya da dövlət rüsumundan yayınmaq üçün 25-50 kiloluq partiyalarla gətirilib. Bütün məhsullar xidmət tərəfindən müsadirə olunub”,- deyə xidmət rəhbəri bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.